"Lapa"nın sayəsində heç nəyi itirməyəcəksiniz - foto+video

"Lapa"nın sayəsində heç nəyi itirməyəcəksiniz - foto+video
1831 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lapa" nədir?

"Lapa" sizin üçün dəyərli olan şeyləri itirməməyə kömək edəcək. Siz onu əşyalara yapışdıra, taxa və ya onların cibinə ata bilərsiniz. "Lapa" körpələrin qoluna və ev heyvanlarının boyunlarına aksesuarların köməyi ilə bağlana bilər.

Smartfonunuza yüklənəcək proqram təminatı sizə "lapa"nı izləməyə imkan yaradacaq. Siz "lapa"dan istifadə üçün proqrama müxtəlif əmrlər verə bilərsiniz:

"Lapa" taxılmış əşya sizin smartfondan 10-60 metr aralığındakı məsafəyədək uzaqlaşarkən həm smartfonunuz, həm də əşya siqnal verməyə başlaya bilər. Bununla da, əşyalarınızı heç vaxt kafedə, mağazada, evdə, nəqliyyat vasitəsində və s. yerlərdə yaddan çıxartmayacaqsınız.

Bəzən "lapa" taxılmış əşyanı tapmaya bilərsiniz. Məsələn, evdəsiniz və "lapa" taxılmış açarların harada olmasını bilmirsiniz. Həmin an smartfon sizə "lapa"nın hansı məsafədə olmasını göstərə biləcək. Əgər əşyanı tapmaqda yenə çətinlik çəksəniz, smartfondakı düyməyə basacaqsınız və "lapa"da siqnal çalınacaq.

Bu funksiya əksinə də işləyir. Əgər "lapa" sizdədirsə və smartfonu tapa bilmirsinizsə, "lapa"nın düyməsinə bassanız, telefonunuzdan siqnal səsi eşidiləcək. Hətta telefonunuz səssiz rejimdə olsa belə!

"Lapa"nın funksionallığı bunlarla yekunlaşmır. Belə ki, itirdiyiniz əşyanın son yerini proqram vasitəsilə müəyyən edə bilərsiniz. Əşyanı tapmaqda digər "lapa" istifadəçilərindən də kömək əldə edilə bilinir.

Digər "lapa" istifadəçiləri əşyanın yanından keçərsə, sizin smartfona əşyanın mövcud yeri haqda məlumat gələcək. Təbii ki, istəyinizdən asılı olaraq, əşyanızın yanından keçən insanların bundan xəbəri olub-olmaması mümkündür. Bu funksiyanı  “Facebook” dostlarınız üçün də  reallaşdıra bilərsiniz. 

"Lapa" haqqında əlavə məlumata şirkətin saytında və "Facebook" səhifəsində baxa bilərsiniz:

http://www.lapastore.com/

https://www.facebook.com/lapa.baku