Qarlı Qubadan fotolar

Qarlı Qubadan fotolar
1572 dəfə oxunub
  • A-
  • A
  • A+

Quba rayonuna qar yağıb.

Hazırda qar örtüyü Qubada 10, rayonun dağlıq ərazilərində isə 15 santimetrə çatıb. Ən çox qar Qubanın Buduq, Xınalıq, Qrız və Qusarın Ləzə kəndinə yağıb.

Axşam.az-ın məlumatına görə, Quba Rayon İcra Hakimiyyətindən (RİH) "Report"a bildirilib ki, dağ kəndlərinə gedən yollarda avotmobillərin hərəkətində heç bir problem yaranmayıb:

"Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və işçi qüvvəsi Quba-Xınalıq istiqamətində yolları qardan təmizləyib. Quba-Qonaqkənd istiqamətindəki yolda da qar təmizlənib və avtomobillərin hərəkətində problemlər yaranmayıb".

Qeyd edək ki, Azərbaycanın şimal rayonlarında yağmurlu hava davam edir.