Nazpəri Dostəliyeva formada qalmağının sirrini açdı - fotolar
Ölkə
11:29 / 30.03.16
6618dəfə oxunub
A-
A
A+
Xalq artisti Nazpəri Dostəliyeva ad günü mərasimlərindən birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, müğənni xeyli arıqlaması ilə diqqət çəkib. N.Dostəliyeva əməkdaşımızla söhbətində idmanla formada qaldığını deyib:
"Uzun illərdir ki, idman mənim həyat tərzimə çevrilib. Həftənin bir neçə günü idmana gedirəm. Məni tanıyanlar bilir ki, nə qədər vacib işim olsa da, onu atıb, idmana gedəcəm. Pəhrizə gəldikdə isə çörəyi çox az yeyirəm. Mənim formada qalmağımın tək sirri bunlardır".