90-cı illərin məşhur filmi "Evdə tək"in uşaq ulduzu Makaley Kalkin paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Nyu-York küçələrində gəzərkən görüntülənib.
35 yaşlı Makaley artıq film sahəsindən uzaq düşsə də, hələ də medianın gündəmindədir. Uzun müddət narkotik maddələrdən asılılıqdan müalicə alan Kalkin uzun saçları və rahat geyimi ilə diqqət çəkib.
Şayiələrə görə, Kalkin aktrisa Mila Kunis və aktyor Eşton Katçerin ailəsində qarşıdurmaya səbəb olub. İllər əvvəl nişanlı olan Mila və Kalkinin yenidən görüşməsi E.Katçerin xoşuna gəlməyib. Lakin Mila ərinə sübut etməyə çalışır ki, o, sadəcə Kalkinə çətin anlarında dəstək olmağa çalışır.