Fotoqraf Cey Filbruk fotosessiyaları ilə həmkarlarından fərqlənir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, toy edəcək cütlüklərin "love story" sifarişlərini qeyri-adi şəraitdə çəkir. Yerdən ən az 100 metr hündürlükdə fotosessiyalar hazırlayan Filbruk sifarişçilərinin özü kimi macəra axtaranlar olduğunu bildirib.
İşini ehtiyatla görən fotoqrafın çəkilişləri zamanı indiyə qədər heç bir bədbəxt hadisə baş verməyib. ABŞ-ın Nyu-Hempşir ştatında yaşayan ey həyat yoldaşı ilə birgə dağ bələdçiliyi də edir. O, ilk ekstremal fotosessiya sifarişini 2008-ci ildə alıb.