Sevdanın qısa ətəyi - fotolar

Sevdanın qısa ətəyi -  fotolar
23714 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva ad günü mərasimlərindən birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı qısa, güllü libası ilə diqqət çəkib.

S.Yahyayeva aksesuar sevgisindən danışıb:

“Neçə il əvvəl qızılı sevmirdim. Ancaq aksesuar alırdım. Amma son vaxtlar qızıl xoşlayıram. Mənə yaraşan zinət əşyalarım olur”.

Yeniliklərindən bəhs edən müğənni maraqlı layihə hazırladığını deyib:

“Hələ layihənin üzərində iş gedir. İyunun əvvəlində kliplə birlikdə təqdim edəcəm.  Bəyəniləcəyinə əminəm”.

Tez-tez fərqli brendlərin reklam siması seçilən Sevda “Bu günə qədər 20-yə yaxın markanın siması olmuşam. Hər yerdə mən varam, bu da gözəldir. İnsanların məni belə sevməsi xoşuma gəlir” deyə, əlavə edib.

Foto: Ramin ASLANOV