Həftəsonu nə etmək olar?

Həftəsonu nə etmək olar?
1991 dəfə oxunub
  • A-
  • A
  • A+
İşləyən insanlar həftəsonu istirahətini səbirsizliklə gözləyirlər. Bütün həftənin yorğunluğunu atmaq üçün bu istirahət günündən səmərəli istifadə etmək lazımdır.

Axşam.az iş olmayan bu gündə necə dincələ biləcəyiniz üçün məsləhətlər təqdim edir:

1. Günə təmiz hava almaq və gözəl səhər yeməyi ilə başlayın

Elə indi dənizkənarı parka yollanıb, gəzə və təmiz hava ala bilərsiniz. Bu həm artıq çəkisi olanlar üçün xeyirlidir, həm də orqanizminizə, dərinizə müsbət təsir edəcək.

1 saat gəzdikdən sonra səhər yeməyi yeyin. Bunu arzulayan hansısa bir məkanda, istəyən isə evində edə bilər. 



2. Bir az istirahət

Səhər yeməyindən sonra bir az dincəlmək heç də pis olmazdı. Sakit musiqi dinləyə, televizor izləyə bilərsiniz. İdman sevənlərə isə yoqa məsləhət görülür. Ən az 1 saatınızı buna ayırın. 

3. Naharı unutmayaq

Yeməksiz günümüz olmasın... Hələ ailəli xanımlar həyat yoldaşları üçün mütləq xörək hazırlamalıdırlar. "Nə bişirim" deyə fikirləşirsinizsə, bu asan yemək reseptindən istifadə edə bilərsiniz:

Sobada toyuq

Ərzaqlar:

1 kiloqram toyuq budu və ya qanadı

4 ədəd kiçik soğan

2 ədəd pomidor

4 ədəd kartof

Bir-iki ədəd yaşıl bibər

2 diş sarımsaq 

Duz, istiot zövqə görə.

Sous üçün:

2 xörək qaşığı tomat pastası

1 stəkan ilıq su

Hazırlanması:

Toyuqları yuyub, suyu getməsi üçün bir az saxlayın. kartofları təmizləyib, istədiyiniz ölçüdə doğrayıb toyuğa əlavə edin. Üzərinə duz, istiot, nanə qurusu səöib qarışdırın və sobaya qoyacağınız tavaya düzün. Üzərinə doğranmış pomidoru, bibəri, sarımsağı tökün və sobaya qoyun. Hazır olandan sonra sosusu üzərinə əlavə edin. Bir az saxladıqdan sonra götürün.

Bu yeməyin yanına pomidor, xiyar, kahı, reyhan və keşnişdən ibarət çobansalatı da düzəldə bilərsiniz.

Əgər evdə yemək hazırlamaq istəmirsinizsə, sevdiyiniz restorana yollanın.



4. Kinoya gedin

Günün ikinci yarısında istidə gəzə bilmirsinizsə, qapalı məkanlara yollanın. Əgər övladınız varsa, onu əyləncə mərkəzinə aparın. Alış-veriş mərkəzlərinə yollanıb, mağazaları gəzə bilərsiniz. Ya da kinoteatra gedin. Bu günün seansları arasında "Kızkaçıran", "Şeytan tüyü", "Küçük esnaf", "İks – adamlar: Apokalipsis" kimi filmlər var.



5. Axşam mütləq gəzin

Axşam saatlarında ən gözəl əyləncə şəhər gəzintisinə çıxmaqdır. Dəniz kənarında doyunca gəzib, hava aldıqdan sonra istədiyiniz restoranda əyləşib, şam edə və ya çay içə bilərsiniz. Evdə oturmaq istəyən ailələr isə maraqlı oyunlar oynaya, kitab oxuya bilərlər. Ailənin yığışıb birlikdə loto, domino kimi oyunlar oynaması maraqlı olacaq.

İstəyən şəhərdən kənara, dəniz qırağına gedib, özü üçün maraqlı piknik də edə bilər. Bunun üçün evdə olan ərzaqlardan yüngül yeməklər hazırlayıb özünüzlə götürün. Çox pul xərcləmək istəməyənlər üçün bu üsul daha rahat olacaq. Özünüzlə süfrə və qabqacaq götürün.



6. ... Və ilk iş gününə hazırlıq

Bütün bu əyləncələrdən sonra həftənin ilk iş gününə hazırlaşmağı da unutmayın. Bu zaman ən çox vaxtı xanımlar sərf edir. Həftəyə pozitiv başlamaq üçün axşam üzünüzə yüngül maska etməyə tənbəllik etməyin.

Bu mövsüm hamının evində olan xiyardan asan maska düzəldin:

1 ədəd təzə xiyarı sürtkəcdən keçirin, 1 xörək qaşığı götürüb üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə sonra ilıq su ilə yuyun.

Ya da çiyələyi əzib xama və ya süd ilə qarışdırıb, üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun.