Türkiyəli müğənni Orhan Gencebay bənzəri Müslüm Keküllüoğlu ilə görüşüb.
Axşam.az Türkiyə mətubatına istinadən xəbər verir ki, sənətçinin pərəstişkarı olan M. Keküllüoğlu ona bənzərliyi ilə hər kəsin diqqətini cəlb edir.
4 ay əvvəl ən böyük arzusunun Orhan Gencebayla görüşmək olduğunu bildirən 32 yaşlı Müslüm, nəhayət, istəyinə çatıb. İfaçı pərəstişkarını malikanəsində qonaq edib. M. Keküllüoğlu avtomobilini Orhan Gencebayın şəkilləri ilə bəzəyib və böyük oğluna Orhan, kiçik oğluna isə onun oğlunun adını (Altan) verib.