Samir Bayramlı efirə qayıdır - fotolar

Samir Bayramlı efirə qayıdır -  fotolar
2919 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin keçmiş aparıcısı Samir Bayramlı efirə qayıdır. 

Bu haqda Axşam.az-a açıqlamasında aparıcı özü məlumat verib.

O, yeni çalışacağı kanalın adını gizli saxlayıb:

“Sentyabrdan efirə qayıdıram. Avqustdan hazırlıqlara başlayacam. Kanalın adını hələ açıqlamaq olmaz. Veriliş mənə uyğun formatda olacaq. Təklif başqa şirkətdən gəlib, mən də bəyəndim və razılaşdım. Çox fərqli bir layihədir, bənzərini heç yerdə görməmisiniz. Ümumiyyətlə, mənim verilişlərim heç vaxt başqalarına bənzədilməyib. Heç vaxt da məni proqramda kimsə əvəzləməyib. Verilişi xanım aparıcılardan biri ilə aparacağam. Həmin xanımın adını gizli saxlayırıq. Bircə onu deyim ki, bir vaxtlar həmin aparıcı ilə verilişimiz olub”.

Yay istirahətindən danışan S.Bayramlı Avropa turuna çıxmağı arzuladığını deyib:

“İyulu özüm üçün istirahətə ayırmışam. Planımda Avropanı gəzmək var. Amma hələ dəqiqləşdirməmişəm. Ola bilsin, Azərbaycanda qalıb, bölgələri gəzdim”.

Qeyd edək ki, S.Bayramlı bundan əvvəl Xəyalə Manaflı və Aygün Rəhimova ilə birgə veriliş aparıb.

Foto: Ramin ASLANOV