Keçmiş futbolçu Devid Bekhem növbəti dəfə Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, kraliçanın gənc alimləri mükafatlandırma mərasimində iştirak edib və bəzi anlarda kraliçaya kömək edib.
Bukkingem sarayında baş tutan mərasimdə şahzadə Harri də iştirak edib. O, çıxışında nənəsi haqda xoş sözlər deyərək onun bir kraliça kimi elmə verdiyi dəyəri vurğulayıb.