Şahdağda möhtəşəm festival - fotolar

Şahdağda möhtəşəm festival - fotolar
2000 dəfə oxunub
  • A-
  • A
  • A+
"Şahdağ" Turizm Mərkəzində "Graffiti" adlı tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, "Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı "Şahdağda qış ekstrimi" mövzusunda rəsm qabiliyyətlərini göstəriblər. Onlar hündürlüyü təxminən dörd metrə bərabər olan beton lövhə üzərində rəngarəng sprey rəngləyicilər vasitəsilə qraffiti rəsmlər çəkiblər

Daha sonra bitboks və rep ustalarının, eləcə də velosipedçilər və skeytborçuların adrenalin dolu performansları izlənilib.