Müğənnilər hərbi məktəbin qonağı oldular - fotolar

Müğənnilər hərbi məktəbin qonağı oldular - fotolar
1840 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib.

Axşam.az-ın məlumatına görə, tədbirdə Xətai rayon İcra hakimiyyətinin nümayəndələri, Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, Ali Hərbi Məktəbin rəhbərliyi, zabit heyəti və kursantları iştirak ediblər.

Tədbirin aparıcısı Kamran İsrafilov iştirak edən qonaqlara söz verib.

Sonra Xətai rayon Mədəniyyət Mərkəzinin “Təbəssüm” uşaq xalq rəqs ansamblının ifasında rəqs nömrələri təqdim edilib. Əməkdar artist Elza Seyidcahan, “Gündəm” qrupu, populyar müğənnilər Mirkamil Kamilov, Aysel Əlizadə, Səbinə Əsgərova, Niyam Salami, Rahidə Baxış və başqaları vətənpərvərlik ruhunda olan mahnıları ilə hər kəsdə xoş əhval ruhiyyə yaradıblar.