Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov fotokamera qarşısına keçərək, fərqli imiclərdə şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, fotolar “CBC Sport”da efirə gedən “Foto+” layihəsinin çərçivəsində lentə alınıb.
Proqramın aparıcısı Sadiq Quliyev “Azərbaycan telemekanında ilk dəfədir belə layihə edilir. Hansısa bir məşhuru fotosessiya edirik. Daha sonra verilişdə qonaq olur, modelliyi ilə bağlı və digər movzularda verilən sualları cavablandırır. Tamaşaçıların bəyənəcəyinə inanıram. Fotoların müəllifi də özüməm” deyə, bildirib.