"Ata olmağıma az qalıb" - Namiq+fotolar

"Ata olmağıma az qalıb" -  Namiq+fotolar
7043 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ata olmağıma az qalıb. Qız və ya oğlan fərqi yoxdur. Əsas odur ki, Allah sağlam övlad nəsib etsin”.

Bu sözləri Axşam.az-a açıqlamasında meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Sənətçi ailə həyatından danışıb:

“Çox şükür, ailə həyatı gözəl gedir. Allah bütün subaylara qismət etsin”.

N.Qaraçuxurlu yay istirahətinə hazırlaşdığını bildirib:

“İşlərimlə bağlı xaricə getmişdim. Hələ istirahətə başlamamışam. Avropaya getmək istəyirəm. Bu il Türkiyədə dincəlməyi düşünmürəm. Qeyri-adi bir yer istəyirəm”.

Meyxanaçı yeni mahnılarından danışıb:

“Üç-dörd mahnı yazmışam, hansını oxuyum bilmirəm. Həm də hazırda mahnı təqdim etmək zamanı deyil. İnsanlar istirahətdədir. Bir də zövqlü insanlarla məsləhətləşməliyəm. Hansı bəstəni bəyənən çox olsa, onu aranjimana verəcəm”.

Foto: Ramin ASLANOV