Ozan və Kənan Doğulu qardaşlarının keçən il musiqiçi Emre Özdemirle ailə quran bacıları Canan Doğulu ana olmağa hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailənin ilk oğlan nəvəsini dünyaya gətirməyə hazırlaşan Canan uzun müddətdir ki, Nyu Yorkdadır. Beren Saat və Kənan Doğulu da keçən həftə Amerikaya uçmuşdu.
Cütlüyün həm tətil edəcəyi, həm də doğum üçün orada qalacağı deyilir. Qeyd edək ki, Ozan Doğulunun 3 qızı var.