Aktrisa Emma Stoun naməlum oğlanla görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bardan çıxarkən paparazzilərin hədəfinə tuş gəlib.
Aktrisa sevgilisi ilə əl-ələ tutaraq kameralara düşməkdən çəkinməyib. Cütlüyün xoşbəxt olduğu da diqqətdən qaçmayıb.
Qeyd edək ki, daha öncə Emma çəkiliş meydançasında tanış olduğu Endryü Qarfildlə sevgili olub. Cütlüyün 5 illik münasibəti keçən ilin oktyabrında pozulub.