Yaxtada romantik dəqiqələr - fotolar

Yaxtada romantik dəqiqələr -  fotolar
14064 dəfə oxunub
  • A-
  • A
  • A+
2004-cü ildə "Avropa gözəli" seçilən Şermin Şehrivar italyan sevgilisi biznesmen Lapo Elkanla romantik tətilə çıxıb.

Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, 33 yaşlı Şehrivar ilə Erkan İtaliyanın Kapri adasında çıxdıqları yaxta gəzintisi zamanı görüntülənib.

Cütlük yanlarındakı dostlarından ayrılaraq, kənara çəkilib günəş vannası qəbul edib. Öpüşməyə başlayan Şehrival və Lapo fotokameralar tərəfindən görüntülənib.

Avropa gözəli seçildikdən sonra karyerasında sürətlə irəliləyən modelin sevgilisi İtaliyanın lüks avtomobillər düzəldən "Agnelli" ailəsinin nəvəsidir. 38 yaşındakı iş adamı avtomobillə yanaşı, modelyerliklə də məşğuldur.