“Gucci” firmasının yeni siması 79 yaşlı aktrisa Venessa Redqreyd seçilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 1978-ci ildə “Oskar” mükafatının laureatı olan Venessanın reklam kampaniyasının siması olması ilə bağlı informasiya “Gucci” brendinin rəsmi İnstaqram səhifəsində yayımlanıb.