Müğənni Siara və Amerika futbolunun ulduzu Rassel Uilson ailə qurub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük toydan ilk fotonu İnstaqramda paylaşıb. Mərasim İngiltərədə Çeşir qraflığında yerləşən Pekforton qalasında baş tutub.
Daha sonra 100 nəfərə yaxın qonağın olduğu gecə restoranlardan birində davam edib.