Həmişə olduğu kimi bu dəfə də tennis üzrə Uimbldon turnirinə təkcə idmançılar deyil, məşhurlar da maraq göstərib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Londonda kişilər arasında baş tutan 1/4 final görüşlərini izləyənlər arasında paparassilər tanınmışları da görüntüləyə biliblər.
Hollivud ulduzu Bredli Kuper və model sevgilisi İrina Şeyk stadiona əl-ələ tutaraq gəliblər. Tribunalarda onlardan başqa Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middltonun ailəsi - bacısı Pippa, valideynləri Kerol və Maykl da yer alıb.