"Həyat yoldaşımla birləşib bunu edəcəyik" - fotolar

"Həyat yoldaşımla birləşib bunu edəcəyik" -  fotolar
6204 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalının aparıcısı Aytəkin Mərdanova tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, aparıcı yay istirahətindən söz açıb.

O, bildirib ki, ailəsi ilə birlikdə Antalyaya yollanacaq:

“Hər il dincəlməyə yollanıram. Çox vaxt Türkiyəni seçirik. İstirahətimi uşaqlarıma görə qururam. Onların dincəlməyini çox istəyirəm. Bu il ailəmlə birlikdə Antalyaya yollanacağıq. İstirahət hər kəsə lazımdır. İşləyirik, beynimiz yorulur. Bizim sahə elədir ki, söz-söhbətlər çox olur, hərdən uzaqlaşıb, dincəlmək lazımdır. Yeni mövsuma daha xoş əhval-ruhiyyə ilə qayıtmalıyıq.
 
Həyat yoldaşımla birləşib övladlarımız üçün bu jesti edəcəyik. İl ərzində bahalı restoranda oturmaqdansa, geyimlər almaqdansa, pul yığıb dincəlməyə yollanmağa üstünlük verirəm”.

A.Mərdanova “Evdəkilərə salam” verilişinin də istirahətə yollanacağını deyib:

“İl ərzində veriliş maraqla qarşılanda, rəhbərlik qərar verdi ki, yeni mövsümdə də davam edək. Avqustun 1-dən yay tətilinə yollanırıq. Yeni mövsümdən daha maraqlı formada efirə qayıdacağıq”.

Foto: Ramin ASLANOV