Miri Yusifin konsertində nələr baş verdi? - fotolar

Miri Yusifin konsertində nələr baş verdi? -  fotolar
3434 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Miri Yusifin “# 2 gün” adlı solo konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, “Yaşıl Teatr”da gerçəkləşən gecədə maraqlı anlar yaşanıb.

İfaçı səhnəyə çıxarkən ilk tamaşaçıları salamlayıb və onlar üçün “Özəl” mahnısını səsləndirib:

“Həmişəki kimi doğmasınız. Xanımlar və cənablar, dünyama xoş gəlmisiniz. Həyatımızda özəl olan insanlar üçün özəl bir mahnı təqdim edirəm”.

Gecədə Miri Yusifin oğlu Mir Hüseyn səhnəyə çıxıb, “Sən hara, bura hara” adlı mahnıya rəqs edib.

Konsertin maraqlı məqamlarından biri də “Eurovision 2011” qalibi Nigar Camalın səhnəyə çıxması olub. O, Miri Yusiflə birlikdə duet səsləndirib.

Tədbirdə müğənninin dinləməyə gələnlər arasında köhnə “Dəyirman” qrupunun solistləri Elmir və ABD Malik də yer alıb.

Foto: Rüstəm FƏRMAN