May ayında evlənən müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə bal ayına çıxıb.Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaxtada Mərmərə-Bozburun səmtində olan cütlük paparassilərin hədəfinə düşüb. Onlar bundan əvvəl Yunanıstana aid olan Simi adasında 3 gün istirahət ediblər.
Qeyd edək ki, Tarkan konsertlərinə görə bal ayını təxirə salmışdı.