Dünyanın ən məşhur ailələrində körpə sevinci - fotolar

Dünyanın ən məşhur ailələrində körpə sevinci - fotolar
4637 dəfə oxunub
  • A-
  • A
  • A+
Milyarder Hiltonlar ailəsinin üzvü, müğənni  Peris Hiltonun bacısı Niki ana olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, digər milyarder ailə Rotşildlərin varisi Ceyms Rotşildlə 4 illik münasibətdən sonra 2015-ci ilin iyulunda ailə quran Niki qızını dünən Nyu-Yorkda dünyaya gətirib. Ailə körpəyə Lili Qreys Viktoriya Rotşild adını verib.

32 yaşlı ananın və körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, dünyanın iki ən məşhur ailəsinin üzvlərinin evlənməsi "ilin ən gözlənilən toyu" adlandırılmışdı.