8 aylıq fasilədən sonra Rusiyadan Türkiyəyə gələn ilk sərnişin təyyarəsi gül-çiçəklə qarşılanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Moskva-Antaliya reysi ilə gələn sərnişinlər Antaliya hava limanında sürpizlə qarşılaşıblar.
İki ölkə arasında soyuq münasibətlərin düzəlməsindən sonra rus turistlərin yenidən Türkiyəyə qədəm basması hər iki tərəfi sevindirib. Qarşılanmanı hava limanının rəhbərliyi təşkil edib