Bu gün ABŞ-lı aktyor Tom Henksin 60 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, 80-ci illərdə çox filmə çəkilən Tom həmin dövrdə uğur qazanmasa da, "Filadelfiya" (1993) və "Forest Qamp" (1994) filmlərində oynadığı baş rollara görə ardıcıl olaraq iki dəfə "Oskar" mükafatı alır.
İki "Oskar" alan Henks milli qəhrəmana çevrilir. Onun iştirakı ilə çəkilən "Apollon 13" filminin ekranlara çıxmasını hamı səbirsizliklə gözləyir. 1996-cı ildə Tom Henks ilk hitdən sonra dağılmış gənc ansambl haqqında çəkdiyi sənədli filmlə kinoda rejissor debütü edir. Onun filmlərindən ən çox gəlir gətirəni "Da Vinçi Şifrəsi" (2006) filmidir.
Aktyorun ən məşhur filmləri arasında "Siravi Rayanı xilas etməli", "Yaşıl mil", "Təcrid olunmuş" da var. T.Henks keçən il "Oskar"a namizəd olan "Casuslar körpüsü" filmində də iştirak edib.
Aktyor iki dəfə evli olub. Onun aktrisa Samanta Lyuisdən bir oğlu və bir qızı, aktrisa Rita Uilsondan isə iki oğlu var.