Filipp Kirkorov illər sonra Bakıyla bağlı arzusuna çatdı - fotolar
Ölkə
10:48 / 10.07.16
5657dəfə oxunub
A-
A
A+
Rusiyanın xalq artisti Filipp Kirkorov illər sonra Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, ifaçı müğənni Eminin "Jara" festivalında iştirak edib.
Səhnəyə çıxan F.Kirkorov tamaşaçılarla Azərbaycan dilində salamlayıb:
"Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan. O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb:
“Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.
Qeyd edək ki, müğənni bir müddət əvvəl açıqlamasında Bakıya çox gəlmək istədiyi, amma bəzi problemlər yaşadığını bildirmişdi. O, demişdi ki, Azərbaycanda konsert vermək istəyir.