Model və aparıcı Çağla Şikel oğulları Kuzey və Güneyə qovuşub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ataları Emre Altuğla istirahət edən uşaqlar analarının yanına qayıdıblar. Çağla onlarla Bodrumda istirahət edərkən görüntülənib.
O, yayın sonuna qədər bu məkanda istirahət etmək fikrindədir.
Qeyd edək ki, Ç.Şikel müğənni E.Altuğdan keçən il boşanıb.