"Jara" festivalı başa çatdı: səhnədə baş verənlər - fotolar

"Jara" festivalı başa çatdı: səhnədə baş verənlər -   fotolar
3340 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Eminin təşkil etdiyi “Jara” festivalı başa çatıb.

Axşam.az-ın məlumatına görə, ifaçının sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində baş tutan festivala Rusiya şou-biznesinin tanınmış simaları, yeri müğənnilərimiz qatılıb. Bir-birindən maraqlı anların yaşandığı gecədə ilk əvvəl tanınmışlar qırmızı xalçadan keçiblər. Onlar pərəstişkarları ilə fotolar çəkdirib, jurnalistlərin suallarını cavablandırıblar. Qonaqlar Bakı şəhəri, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxinə valeh olduqlarını bildiriblər.

Daha sonra ifaçılar bir-birinin ardınca səhnəyə çıxıb, mahnılarını səsləndiriblər. Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın artıq yeddi ildir ki, ifa etmədikləri mahnı ilə açılıb.

Bu il ölkəmizi “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli “Miracle” mahnısını oxuyub.
Səhnəyə çıxan Filip Kirkorov tamaşaçılarla Azərbaycan dilində danışması ilə diqqət çəkib. O, ifa etdiyi mahnının adını da dilimizə tərcümə edib, rus dilində isə “Bakı, mən sənin uğrunda ölərəm” söyləyib.

Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov Müslüm Maqomayevin xatirəsinə “Sinyaya veçnost” mahnısını ifa ediblər.

Festival çərçivəsində atəşfəşanlıq təşkil edilib.

Foto: Pəri ARİFQIZI