Azərbaycanlı aparıcı 14 kiloqram kökəldi - fotolar
Ölkə
13:54 / 11.07.16
4850dəfə oxunub
A-
A
A+
İTV-nin aparıcısı Kamran Quliyevin “Antrakt” verilişi yay istirahətinə yollanıb.
Axşam.az-a açıqlama verən aparıcı yeni mövsümdə maraqlı layihələr təqdim edəcəyini deyib:
““KA media” şirkəti 4 sahədə fəaliyyət göstərir. Onlardan biri toy, digər məclislərin təşkilidir. Digər üç sahənin nə olduğunu sentyabrda təqdim edəcəm. Bu Azərbaycanda bir ilk olacaq. Efirdə isə mütləq yeniliklər olacaq".
K.Quliyev xeyli kökəldiyini də etiraf edib:
“Bir ara 14 kiloqram arıqlamışdım. İndi həmin çəkini geri almışam. On bir ay özümü çərçivəyə salmışdım, pəhriz saxlayır, idman edirdim. İndi yaydı, dincəlmək, yemək, gəzmək istəyirəm. Bir ay dincələcəm. Avqustdan sonra yenidən pəhrizə, idmana başlayacağam”.