Müğənni Xuraman Şuşalı ailəsi ilə yay istirahətinə yollanıb.
Axşam.az-ın məlumatına görə, bölgələri gəzən sənətçi fotolarını sosial şəbəkədə paylaşıb.
X.Şuşalı bütün yayı şəhərə qayıtmayacağını, bölgələrdə dincələcəyini deyib:
“Bütün qışı övladlarım üçün çalışıram. İstəyirəm ki, onlar gözəl yaşasın. Ona görə də, bu yay övladlarımı gəzdirməklə məşğul olacam. Əgər məclis dəvəti olsa, Bakıya gəlib, işdən sonra onların yanına qayıdacam. Xarici ölkəyə getməyə imkanım var. Sadəcə üç uşaqla rahat olmayacağımı bilirəm".
Əvvəlcə Nabrana gedən sənətçi daha sonra Qusara yollanıb.
Qeyd edək ki, Elçin adlı rejissorla ailəli olan X.Şuşalının iki oğlan, bir qız övladı var.