Hazırda ikinci hamiləliyini yaşayan aktrisa Bleyk Layvli gələcəkdə ana olacaq qadınlar üçün əsl dəb nümunəsinə çevrilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun insanlar arasına hər çıxışı maraqla qarşılanır. Çox zövqlə və diqqətlə geyinən Bleyk bu dəfə Nyu-Yorkda fotoqraflarla rastlaşıb.
Aktyor Rayan Reynolsla evli olan 28 yaşlı aktrisa ərik rəngində olan krujevalı libasıyla fərqlənib.
Dəb tənqidçiləri B.Layvlini "Ən dəbli hamilə" adlandırırlar.