“İstirahəti sevmirəm, mənə günəş vannası olmaz. Məzuniyyətə avqustdan çıxacam. Amma bunun üçün harasa getməyə hazırlaşmıram”.
Bu sözləri Axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Nərgiz Vahabqızı deyib.
O, yay istirahətindən bəhs edib:
“Ölkədaxili istirahətim ilboyu gedir. “Seyf”in çəkilişlərinə görə hər yeri gəzirəm. Ola bilsin ki, ailəmlə birlikdə xaricə gedim.
Əvvəl “Seyf” verilişini Azərlə birlikdə aparırdıq, sonra onun torbasını tikdim, getdi
(gülür). Veriliş yaxşı gedir, maraqla qarşılanır. Çox dəyişkən insanam, istənilən ab-havaya alışa bilirəm. Sosial-iqtisadi veriliş versələr, onu da aparacam. İnsanları tanımağı sevirəm, zövq alıram”.
Xeyli arıqlayan Nərgiz “Pəhrizlə arıqlamamışam. Ramazanda oruc tutdum, buna görə də çox çəki itrdim. Bilirəm ki, hamısını geri alacam” deyə, bildirib.
O, rol aldığı “Qız atası” serialından da danışıb. N.Vahabqızı bildirib ki, yeni mövsümdə fərqli obrazda tamaşaçı qarşısına çıxacaq:
“Bu mövsümlük “Qız atası” bitdi. Yeni mövsümdə yeni obrazda olacam. Hər mövsüm rejissor mənə sürpriz hazırlayır. İkincidə ərli qadın oldum. Üçüncü mövsümdə hansı sürpriz olacaq, bilmirəm.
Mən aktrisa deyiləm, aparıcıyam. Bu mənim işim deyil, sadəcə, hobbimdir. Hətta mənə aktrisa deyiləndə çəkinirəm.
Təkliflər çox gəlir, amma kənara qoyuram. Mənə etibar edirlər, bu xoşdur. Amma özüm-özümə etibar etmirəm. “Qız atası”nda rola girmirəm, realda da şıltağam. Ona görə də obrazım təbii alınır”.
Nərgiz tez-tez saç formasını dəyişməsinə münasibət bildirib:
“Qaynaqları çıxartdırıram, söz verirəm ki, bir də etməyəcəm. Amma uzun saçlı qızlar görəndə paxıllığım tutur, gedib təzədən taxdırıram".
Foto: İlqam Cəbiyev