Yay mövsümündə məşhur ulduzların əksəriyyəti istirahətə yollanır. İsti yay günlərində dincəlməyə gedənlərdən biridə dünyaca məşhur ulduz Ketrin Zeta-Consdur.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, aktrisa həyat yoldaşı Maykl Duqlas və anası ilə dincəlir.
46 yaşlı Ketrin bikinili fotosunu sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb. O, şəklə "Sonuncu səyahətimdən xatirə" şərhini yazıb.
İzləyiciləri Zeta-Consun 46 yaşı olmasına baxmayaraq, ideal bədənə sahib olduğunu vurğulayıb.