Ronaldo dünəndən bu günə - fotolar

Ronaldo dünəndən bu günə - fotolar
6890 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçən həftə mediada sonu ən çox adlananlardan biri Kriştiano Ronaldo idi.

Portuqaliya yığması ilə Avropa çempionu olan futbolçu bu zirvəyə heç də asan gəlməyib. Çoxuşaqlı ailənin övladı olan Ronaldonu ailəsi dünyaya gətirmək istəmirmiş. Lakin son anda fikirlərini dəyişiblər.

O, artıq 8 yaşında doğulduğu Funşal şəhərinin klubu olan "Andorinya"nın uşaq yığmasında oynamağa başlayıb.

Daha sonra "Nasyonal" və "Sportinq" klublarında özünü sübut edən Ronaldo 18 yaşında "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyussonun diqqətini çəkir və "Qırmızı Şeytanlar"ın heyətinə transfer olunur. 6 il orada oynadıqdan sonra 2009-cu ildə 94 milyon avroya "Real Madrid"ə transfer olan futbolçu hazırda dünyanın ən məşhur futbolçuları arasındadır.

Ronaldo eyni zamanda maqazin mediasının da diqqətindədir. Uzun müddət rus model İrina Şeyklə sevgili olan futbolçu tez-tez gözəl qızların əhatəsində görünür. O, model kimi jurnalların üz qabığına çıxır, sahibi olduğu "CR7" markasını tanıtmaqla məşğul olur.

Axşam.az Ronaldonun karyerasının əvvəlindən bu günə kimi olan bəzi fotolarını ardıcıl olaraq təqdim edir.