Böyük Britaniya şahzadəi Uilyamsın həyat yoldaşı, Kembric hersoginyası Ketrin (Keyt) Middltonun bacısı ərə gedir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı Filippa Şarlotta (Pippa) 40 yaşlı milyonçu Ceyms Metyusla ailə quracaq.
Qeyd edək ki, Pippa və Ceyms 2012-ci ildən tanış olsalar da, sonradan ayrılmışdılar. 2015-ci ildə onlar yenidən bir araya gəliblər.