Serebral iflic xəstəliyindən əziyyət çəkən 7 yaşlı Hüseynə yardım məqsədiylə xeyriyyə tədbiri keçirilib.
Axşam.az-ın məlumatına görə, gecədə sənət aləminin tanınmış simaları iştirak edib.
Aparıcılığını Afaq Gəncəlinin etdiyi konsertdə əməkdar artist Ədalət Şükürov, Lalə Məmmədova, müğənnilər Aysel Əlizadə, Günay İbrahimli, Gülay Zeynallı, Xatun Əliyeva, Emil Bədəlov, Natavan Həbibi, Lətifə Soyuöz, “Bozbash pictures”in aktyorları – İlkin Həsəni, Elşən Orucov, Ramin Babayev, Azər Baxşəliyev və başqaları yer alıb.
Gecədə tanınmışlar xeyriyyə qutusuna pul ataraq, balaca Hüseynin müalicəsinə yardım ediblər.
Foto: Ramin ASLANOV