"Biz bu riski edəcəyik" - Elşən

"Biz bu riski edəcəyik" -  Elşən
4290 dəfə oxunub
  • A-
  • A
  • A+
“İstirahətə hazırlaşıram. Amma gedəcəyim yeri gizli saxlayıram. Avqusta qədər dincəlməliyəm. Çünki gələn aydan yeni filmimizin çəkilişlərinə başlayırıq”.

Bu sözləri Axşam.az-a açıqlamasında aktyor Elşən Orucov deyib.

“Bozbash picturs”in Fəlakəti bildirib ki, budəfəki ekran işi daha keyfiyyətli və fərqli olacaq:

“Çox möhtəşəm bir iş olacaq. Kollektivimiz eyni olsa da, ssenari, ad, hadisələr başqadır. Çətin çəkilişlər var ki, onları lentə almağa risk edəcəyik. Bir az fantastik məqamlara yer veriləcək. Həmişəki obrazları heç vaxt görmədiyiniz vəziyyətdə görəcəksiniz. Bizdən başqa aktyorlar da rol alacaq”.

E.Orucov başqa rejissorlardan film təklifləri aldığını deyib:

“Güvəndiyim, dost olduğum rejissorlar var, onlardan təklif almamışam. Təkliflər gəlir. Amma güvəndiyim biri olmadığı üçün razılaşmıram. Mənim üçüm qonorar əhəmiyyətli deyil. Əsas iş keyfiyyətli olsun”.

Aktyorun xeyli kökəlməsi diqqətdən qaçmayıb. O, son günlər idman etmədiyini bildirib:

“Məşqi atmışam. Həyat tərzimlə bağlıdır. Bütün günü ssenari oxuyuram, pəhrizə, idmana riayət edə bilmirəm. Ona görə də artıq çəki almışam”.

E.Orucov sponsorluq üçün şirkətlərə müraciət edib:

“Bizim filmlərimiz rekort sayda izlənir. Bu sponsorluq edən şirkətlər üçün də yaxşıdır. Buna görə də şirkətlərin bizə müraciət etməsini istəyirik. Əgər sponsor çox olsa, aktyor da lazımi qədər qonorar alar və əlavə biznes haqda düşnməz”.

Foto: Ramin ASLANOV