Lalə hovuzdakı görüntüsü haqda: "Milli adətə zidd deyil"

Lalə hovuzdakı görüntüsü haqda:  "Milli adətə zidd deyil"
7290 dəfə oxunub
  • A-
  • A
  • A+
“Samir Piriyev həm qonşum, həm məktəb yoldaşım olur. Samir Cavadzadəylə də sənətə gəlməmişdən əvvəl dostluğum var. Bunlara əsasən duetimiz ərsəyə gəldi. Duet çox insanın qəlbinə girdi. Anar Mədətovun ideyası idi”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Lalə Məmmədova deyib. Müğənni “Dua” adlı duetinin çox bəyənildiyini söyləyib.

İstirahət edə bilməməyindən şikayətlənən L.Məmmədova bildirib ki, qızı Çinarəyə görə xaricə gedə bilmir:

“Bağa köçmüşəm, amma hər gün şəhərdə oluram. İşlərim çoxdur, dincəlməyə vaxt tapmıram. Qızıma görə xaricə gedə bilmirəm. 2 yaşı var, təyyarəyə minə bilməz. Onu da Bakıda qoyub gedə bilmirəm, ürəyim dözmür. Ona görə də bölgələrdə dincələcəm”.

Müğəni bu yaxınlar təqdim etdiyi “Çıx yollarıma” klipindəki hovuz görüntülərinin tənqid olunmasına münasiət bildirib:

“Yaradıcılığımla məşğul olduğum vaxtlarda da, işlərim qalırdı, şəxsi məsələm gündəmə gəlirdi. Bu hala öyrəşmişəm. İdeal bədən quruluşum olsa da, bunu xalqa göstərmərəm. Mən iki uşaq anasıyam. Sadə insanlar arasından çıxmışam. Mən bu cür şeylərlə gündəm yaratmağa çalışan deyiləm. Bilirdim ki, tənqid olunacam. Komandanın məsləhəti ilə etdim. Heç bir milli adətə zidd və pis hərəkət yoxdur. Bir vaxtlar hamının Şahdağda şəkli var idi, mənim də hovuzda klipim oldu. İnsanların tənqidini başa düşürəm. Suyun içində məni görüb, vizual təsəvvür edirlər və tənqidə başlayırlar. Xalqın fikirlərinə əhmiyyət verməyən biri də deyiləm. Heç vaxt demərəm ki, “Kim nə düşünür, düşünsün” Mənə hər kəsin, valideynlərimin, övladlarımın fikri maraqlıdır. Hamı hovuza girir. Bunu pis yerə yozmayın”.

L.Məmmədova qızı Nərgizin mahnı oxumasından söz açıb:

"Qızım onu buraxılış gecəsi üçün oxudu. Sonra məndən xahiş etdi ki, paylaşım. Onun oxumasına özüm də təəccübləndim. Çox çətin bir mahnı idi, amma Nərgiz notları necə düz səsləndirirdi. Əgər insanda istedad varsa, onun qarşısını ala bilməzsiniz".

Foto: Ramin ASLANOV