Xalq artisti Məleykə Əsədova yay istirahətinə yollanıb.
Axşam.az-ın məlumatına görə, aktrisa qızı Gülərlə birlikdə xaricdə gəzir. Əvvəlcə İtaliyaya gedən M.Əsədova, daha sonra Amerikaya yollanıb.
Fotolarını sosial şəbəkədə paylaşan M.Əsədova yeni saç düzümü ilə də diqqət çəkib. Hər zaman uzun olan saçlarını əvvəlcə qısa etdirən aktrisa daha sonra onları buruq formasına saldırıb.
Yeni görünüşü ilə bağlı fikirlərini bölüşən M.Əsədova “Las-Veqas çox sevdiyim şəhərdir. Buranın saç ustaları mənə öz saç düzümlərini etdirlər. Bir az fərqlilik oldu” deyib.