İki gənc Tvitterdə boşluqları tapdı

İki gənc Tvitterdə boşluqları tapdı
2518 dəfə oxunub
  • A-
  • A
  • A+

İki Türkiyə vətəndaşı Tvitterdə olan çox ciddi boşluqları tapıb və şirkətə bu haqda məlumat veriblər.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, Batuhan və Cihan adlı gənclər tətbiq mühəndisliyi üzrə təhsil alırlar və apardıqları araşdırmalarda Tvitterdə çox ciddi problemlərin olduğunu ortaya çıxarıblar.

Gənclərdən birinin sözlərinə görə, Tvitterdə hər hansı abunəçisi olduğunuz şəxsin paylaşdığı tvitdən istifadə edərək onun bank hesablarını, şəxsi yazışmalarını çox asanlıqla ələ keçirmək olurmuş.

Hətta şəbəkədəki populyarlıq haqda statistikaya da çox asanlaqla müdaxilə edilirmiş. Üçüncü bir problem isə boşluqdan istifadə edib, başqasının adından tvit paylaşmaq mümkünmüş.

Təbii ki, bu boşluqlar gələcəkdə çox ciddi problemlərə yol açacaqdı. Bunu nəzərə alan “Twitter” şirkəti problemləri aradan qaldırıb və hər iki gənci “Silikon Vadisi”nə dəvət edib.