Azərbaycanlı bəstəkar film çəkdi - fotolar

Azərbaycanlı bəstəkar film çəkdi -  fotolar
1578 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı “Cağır məni” adlı mahnısına flim və klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, mahnının sözlərini Xanım İsmayılqızı yazıb. Bəstəni müğənni Aslan Hüseynov oxuyub.

Yeni işi ilə bağlı açıqlama verən S.Tofiqqızı filmi festivallara göndərəcəyini deyib:

“Mahnım Qarabağ şəhidlərinin xatirəsinə həsr olunub. Ona həm klip, həm də film çəkdirdim. Vətənpərvərlik mövzusundadır. Süjet xətti eynidir, klip qısa, flim uzundur. Klipin rejissoru Elmar Məmmədov, ssenaristi Pəyyam Rafiqoğludur. Ekran işində özüm, fotoqraf Ramin Aslanov, aktyor Mehman Məmmədov, müğənni Aslan Hüseynov, balaca Mehdi çəkilib.

Film Bakı Oskar Festivalında nümayiş olunacaq. Bununla yanaşı ekran işi xaricdə festivallara da göndəriləcək.

Daxili Qoşunların komandanı Şahin Məmmədova, mətbuat xidmətinə, Daxili Qoşunlar N saylı hərbi hissənin heyətinə “Çağır məni”nin çəkilişləri zamanı yaratdıqları şəraitə görə öz və komandamız adından təşəkkür edirəm.

Klip və filmin yaxın günlərdə təqdimatı olacaq”.