Kanal D-nin məşhur yarışması "Kısmetse Olur" sayəsində tanınan Nur Erkoç və Batuhan Cimilli dünən nikah masasına oturublar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün nikah şahidi müğənnilər Soner Sarıkabadayı və Alişan olub
Yarışmanın digər sevgililəri Cansel Çördük və Eser Uest də dəvətlilər arasında olacaq. N.Erkoç və B.Cimilli bu toyla "Kısmetse Olur"un böyük mükafatlarını almağa haqq qazanıb.