Natavanın Yessentuki gəzintisi - fotolar

Natavanın Yessentuki gəzintisi -  fotolar
4603 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi yay istirahətini Yessentukidə keçirir.

Axşam.az-ın məlumatına görə, sənətçi istirahət fotolarını sosial şəbəkədə paylaşıb.

N.Həbibi təəssüratlarını bölüşərək, gəzintini çox bəyəndiyini vurğulayıb:

“Bu yerlər çox xoşuma gəldi. Milli dəyərlərini qoruyaraq təşkil olunan xidmətləri də bəyəndim. Dağ bitkilərindən hazırlanmış çox dadlı çay, şirniyyatlar, burada hazırlanan ballar əladır. Ən məşhur şirniyyat da baldan düzəldilir. Nənələr deyir ki, onu əllə yemək lazımdır. Elə yedim də... Elə şəlalənin adı da “Bal”dır. Hərəsinin öz yeri var. Üstəlik bu ab-havanı sevdiklərinlə bir paylaşırsansa...”.