"Çox naz etsə, onunla duet oxumayacam" - Murad+fotolar

"Çox naz etsə, onunla duet oxumayacam" -  Murad+fotolar
1974 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı, müğənni Murad Arifin “Lider” telekanalında yayımlanan “Solo” verilişində dəyişiklik olacaq.

Bu haqda Axşam.az-a açıqlamasında deyən ifaçı proqramın bundan sonra həftədə beş gün yox, bir gün yayımlanacağını söyləyib.

O bildirib ki, verilişin efir vaxtı da uzadılıb:

“Sentyabrdan yeni buraxılışlarla efirə gələcəyəm. Efir vaxtimiz daha geniş, qonaq sayim daha çox olacaq. “Lider” telekanalını həqiqətən çox sevirəm. Amma gündəlik efir aparmağa artıq gücüm çatmır”.

M.Arif yeni mahnılar üzərində çalışdığını da deyib:

“Yeni verilişdən başqa 3 yeni mahnı gəlir. Biri funk-disko janrında olan nəğmədir, digər ikisi isə duetdir. Biri xalq artisti Flora Kərimovayla, digəri isə əməkdar artistimiz olan xanımladır. İkinci duet ortağımı açıqlamaq istəmirəm... Çünki xanım çox naz etsə, duet alınmaya bilər (gülür). Sevinirəm ki yay bitir... Mənimki sərin havalardır. Zəhmətkeş adam üçün 40 dərəcə isti əlverişli deyil”.

Foto: Ramin ASLANOV