"Hər şey daxil"in aparıcıları niyə dəyişdi?
Müğənnilər Sevil və Sevinc Səfərovalar “Hər şey daxil” verilişindən müvəqqəti uzaqlaşıb.
Axşam.az-ın məlumatına görə, onları aparıcı Firuzə Cəlilova əvəzləyib.
O bildirib ki, bacılar gələn həftədən yenidən verilişə qayıdacaqlar:
“Bacılar məlum səbəbdən efirə çıxa bilmirlər. Əkizlərin atasının ölüm ildönümüdür. Gələn həftədən etibarən yenidən verilişdə olacaqlar”.