Brilliant Dadaşovadan dəniz kənarında fotosessiya

Brilliant Dadaşovadan dəniz kənarında  fotosessiya
3267 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova dəniz kənarında yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Atv maqazin” jurnalı üçün fotokamera qarşısına keçib. 

B.Dadaşova oğlunun evlilik xəbərləri ilə bağlı da açıqlama verib. Müğənninin sözlərinə görə, mətbuatda gəlini deyə təqdim edilən gənc qızın onların ailəsinə heç bir aidiyyatı yoxdur:

“Cahadla universitetdə oxuyan qızın fotolarını “Facebook”da görüb, bütün maqazin verilişləri bu haqda danışdı. Yaxşı ki, qızın valideynləri ailəmizi tanıyır və necə insanlar olduğumuzu bilir. Bu cür şayiələr yaymaq yaxşı deyil. O qızdır, onun taleyilə oynamaq günahdır. Məgər, qızla oğlanın dostluğu ola bilməz? Cahad heç vaxt adının mediada hallanmasını istəməyib. Övladım ailə qursa, niyə gizlədim ki? Əlbəttə, oğlum üçün bəyəndiyim xanımlar var. Amma bu Cahadın taleyidir və seçimi də özü edəcək”.