Oktyabrın 26-da “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində Milli Müstəqillik Gününə həsr olunmuş peyntbol turniri keçirilib.
Axşam.az xəbər verir ki, turnirdə mətbuat nümayəndələri və tanınmış estrada ulduzları iştirak edib.
Açılış mərasimində AR Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi iştirak edib.
Müğənnilər Xəyyam Mustafazadə, Əbdül Xalid, Günel Ələkbərova, Səidə Dadaşova da yarış iştirakçıları arasında olub.
Turnirdə 4 komanda iştirak edib. İlk 3 yeri tutmuş qaliblər turnirin xüsusi diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb.