ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışması ötən gün toy xəbəri ilə yadda qalıb. Axşam.az-ın məlumatına görə, verilişdə münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, stilist Nasir Babayev oturub. Sürpriz qonaq isə uzun müddətdir Türkiyədə olan müğənni İradə İbrahimova olub. Azərbaycana bacısının toyu üçün gələn sənətçi bütün verilişlərin ondan incidiyini deyib:
“Bakıya işlə bağlı yox, bacımın xeyir işi üçün gəlmişəm. Ruhi xanımın dəvətinə "yox" deyə bilmədiyim üçün verilişə qatıldım. Ona sonsuz hörmətim var. Buraya gələndən başım toy hazırlıqlarına qarışıb. Hər işin arxasınca mən düşürəm”.
Nigarın gəlinlik paltarından danışan R. Əliyeva onun möhtəşəm olduğunu vurğulayıb:
“Nigar gəlinlik donunun fotosunu mənə göstərib, çox gözəldir”.
N. İbrahimova toyda qonaqlara sürpriz hazırladığını bildirib.
Müsabiqəyə üç gənc qız qatılıb. Hər üç iştirakçının geyimi münsiflərin ürəyincə olub. İştirakçılar ikinci yarımfinala vəsiqə qazanıblar.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV