"Bayağı müğənnilər milyonlarla baxış sayı toplayır"

"Bayağı müğənnilər milyonlarla baxış sayı toplayır"
1678 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev özü ilə rəqabətə girməkdən qorxur.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında deyib.

O, məhz bu səbəbdən gec-gec yeni mahnı təqdim etdiyini bildirib:

“Yeni mahnılarım çoxdur. Amma iki ay ara verib sonra təqdim edəcəyəm. Özüm-özümlə rəqabətə girməkdən qorxuram. Bu yaxınlarda “Dostlar” qrupundan maraqlı təklif almışam, birlikdə duet oxuyacağıq. Eyni zamanda onların yeni mahnısını səsləndirəcəm. Nailə Mirməmmədlinin Kənan M.M-in sözlərinə bəstələdiyi “Birisi” və Xanım İsmayılqızının “Sərxoşam” mahnıları hazırdır, studiya həllini gözləyir”.

Yeni fəaliyyətə başlayan sənətçilərdən söz açan xalq artisti onların mənfi və müsbət cəhətlərindən söz açıb:

“Yeni nəsil bizim 20 yaşımızda bacarmadığımızı edir. Onların musiqi duyumu zəngindir. Dünya musiqilərini dinləyirlər. Aralarında uğurluları da var. Mənfi cəhətləri isə odur ki, bəzən ərəb, fars boğazları edirlər. Dinləyicinin zövqünə təcavüz etməyə müğənninin haqqı yoxdur. İndi bayağı mahnılar oxuyan müğənnilər “Youtube”da milyonlarla baxış sayı toplayır. Bu, tamaşaçının ayırd edə bilməməsinin sübutudur. Tamaşaçı sərrast musiqiçi deyil ki, bunu bacarsın. İndikilərdə cəsarət var. Amma gərək dilçəkləri də olsun. Əsassız iddialar çoxdur. Bu, cavanlıq səhvidir. Biz böyüklərin sözlərinə qulaq asa-asa öyrənmişik”.

Foto: Rəşad ABBASOV